Tag Archives: Ramiz Mehdiyev

QURBAN MƏMMƏDOVA: EŞŞƏK NAXÇIVANDA DA, LONDONDA DA EŞŞƏKDİR…

Стандартный

Qurban_Məmmədov

Neçə gündür Qurban Məmmədov evinin dağıdılmasına başçılıq edən məmuru “Naxçıvan eşşəyi” adlandırır və üzünü Nərimanov rayonunun sakinlərinə tutaraq deyir: “Bu eşşəklərin sizə rəhbərlik etməyinə necə dözürsünüz?”

Nərimanov rayonunun və bütün başqa rayonların sakinləri, bir sözlə, Azərbaycan əhalisi nəyə dözmür ki, buna da dözməyə?

Və bu hampazor naxçıvanlını eşşəyə bəzətməklə Qurban Məmmədov eşşəkləri niyə təhqir edir.  Eşşək dilsiz-ağızsız, ancaq zəhmətkeş heyvandır, o naxçıvanlı məmur kimi havayı çörək yemir, hampazorluq eləmir.

Eşşək – Həzrət İsanın mindiyi heyvandır…

Əgər Qurban Məmmədov məmurun cahilliyini, hampazorluğunu nəzərdə tuturdusa, onu eşşəklə yox, elə özüylə müqayisə etsəydi, daha düzgün olardı.

Yəni “eşşəklik” cahillik mənasındadırsa, Qurban Məmmədov özü eşşəkdir.

Neçə gündür ki, Qurban Məmmədov Ramiz Mehdiyevi “cinayətkar” adlandırır və İlham Əliyevdən tələb edir ki, onu təcili həbs etsin.

Doğrudan da tələb edir. Yumorsuz-zadsız. Bəlkə başına hava gəlib, nəm Londan havasl, bilmirəm. Ancaq tələb edir:  “İlham Əliyev, sənə deyirəm, o cinayətkarı təcili həbs elə!”

Qurban Məmmədov mənim nəzərimdə dəli və şizofrenik olsa da, o özünü hüquqşünas adlandırır və ona baxan kütləyə hüquq dərsi Keçir. Ancaq hüququn əlifbasında deyilir ki, heç bir şəxs qüvvəyə minmiş məhkəmə qərarı olmadan cinayətkar adlandırıla bilməz.

Yəni heç kim Ramiz Mehdiyevi cinayətkar adlandıra bilməz. Əgər kim Ramiz Mehdiyevi cinayətkar adlamdırırsa, o, cahillik mənasında eşşəkdir.

Qurban Məmmədov ona aşiq olmuş on minlərlə insanın tərbiyəsini pozur, onları maarifləndirmir, əksinə, onlardakı ən aqressiv və ibtidai instinktləri qıcıqlandırır.

Təəssüf ki, hökumət və hətta müxalifət tərəfdən Quban Məmmədovun opponentləri ondan üstün deyillər. Onların da danışdıqları, elədikləi eşşəklikdir.

Əlbəttə, cahillik və hampazorluq mənasında…

Mirzə ƏLİL

11.09. 2020, Samara

QURBAN MƏMMƏDOV, LOTUSAN, ƏL VER…

Стандартный

Qurban Məmmədov 1

Mən Azərbaycan dram teatrında cəmi bir dəfə olmuşam. Keçən əsrin 70-ci illərində “Ölülər”ə baxmışam və bəyənməmişəm. İsgəndəri oynayan Həsən Turabov və Şeyx Nəsrullahı oynayan Məlik Dadaşov səhnədə oynamır, məzələnirdilər. Bu, peşəkar oyun deyildi, vaxt yubatmaq idi…

İndi You Tube-da Qurban Məmmədova baxıram, gÖrürəm ki, onun oyunu Şeyx Nəsrullahın adekvat səhnə interpretasiyasına daha yaxındır.

“Lotusan, əyə, əl ver…”

Mərhum Yaşar Qarayev yazırdı ki, Şeyx Nəsrullah parlaq aktyordur və qarşısındakı kütləni tamaşaçı auditoriyası kimi idarə edir. (Əlli il qabaq oxumuşam, yadımda qalan kimi yazıram).

Qurban Məmmədov qarşısındakıları auditoriya saymır, elə kütlə sayır – hər cür, həttə səthi manipulyasiyalara uyarlı kütlə.

“Kim deyir ki, ölü dirilməz? Gəlsin bu kitabla verim cavabını!” – Nəsrullah Quranla kütləni sarsıdır, dilini-ağzını bağlayırdı.

Qurban Məmmədov: “Kim deyir ki, o mülkü mənə kimsə bağışlayıblar? Gəlsin bu sənədlərlə verim cavabını! Mən qır il vəkil işləmişəm!”

Qurban Məmmədov universiteti 33 il bundan qabaq qurtarıb. Belə çıxır ki, pioner vaxtından vəkillik eləyib. Bəs türmə müddəti? Bəs cəbhə, inqilab dövrü?

“Mənim altı maşınım vardı!”

Hanı sənədləri? Bəs vergi sənədləri? Ödəyirdin? Gəlirinin mənbəyini göstərən sənədlər var? Sən kimə vəkillik eləyidrin ki, o qədər pul qazanırdın? Prezidentə? Kəmaləddin Heydərova? Onlara nə vəkil? Məhkəmə onların deyilmi? Sabirabadın qarpızəkənləri, soğanəkənləri səni belə varlandırıb?

İlk baxışdan, səthi tanışlıqdan cəsur, prinsipial və hətta saf görünən bu adam əslində Azərbaycanın bəlkə də ən fərasətli manipulyatorudur.

“Bu adam (Ramiz Mehdiyev) qırx il Azərbaycan xalqına qarşı cinayətlər törədib! Dünənəcən İlham Əliyevə qarşı olanlar, Mehriban Əliyeva qarşı olanlar əsil cinayətkarı tanıyıblar!”

Üç gündür Qurban Məmmədov tavada ilanbalığı kimi qıvrılır, yaxasını cırıb-dağıdır, az qalır ki, Molla Nəsrəddin kimi öz –özünə kəllə vursun – məqsədi İlham Əliyevin yanında özünü təmizə çıxarmaq, onun qəzəbini ayrı-ayrı ünvanlara, o cümlədən Ramiz Mehdiyevə qarşı yönəltməkdir.

Kim bilir, bəlkə İlham Əliyev Qurban Məmmədova mərhəmət göstərib ayaqqabısını öpməyə icazə verər. Eynulla Fətullayev, Mirşahin kimilər öpən yerdən…

Şeyx Nəsrullah deyidi ki, o, xəstədir və bütün bu oyunları xəstəliyinə görə çıxarır, çünki gərək hər gecə bir xırda uşaqla yatağa girəydi.

Şeyx Nəsrullah, indiki dillə desək, pedofil idi. Bur məsələ var ki, əslində bizim gözəl müsəlman qanunlarımız pedofilliyi pedofillik saymır. Bunu Cəlil Məmmədquluzadə belə sayırdı.

İndi Qurban Məmmədov da kamera qabağında min oyundan çıxır, hərdən mərhum Məlik Dadaşovu da kölgədə qoyur.

Qurban Məmmədov bir az da mərhum Boris Berezovskini xatırladır. O da pula öyrəşmişdi, siyasətə, siyasətçilərə, hökumətə, müxalifətə vacib təsirt göstərməyə, vacib adam olmağa öyrəşmişdi. Bütün bunlardan əli çıxanda özünü asdı.

Bunu, əlbəttə, Qurban Məmmədova arzulamırıq. Qurban Məmmədov özü də belə şey eləməz. Berezovsli introvert idi, belə adamlar dərin depressiyalara uğrayırlar.

Qurban Məmmədov daha çox lotudur.

Lotusan, əyə, əl ver…

Mirzə ƏLİL

10. 09. 2020, Samara

İMAM ZÜHURUNA İNANIRAM, QURBAN MƏMMƏDOVUN QIRX İL VƏKİLLİK ELƏMƏYİNƏ İNANMIRAM…

Стандартный

Qurban_Məmmədov

Qurban Mənmmədov danışdığına görə, 1986-cı ildə xəbər yayılıb ki, Sovetskidə, köhnə bir hamamın qapısı ağsında imam zühur edib. Və iki milyon adam guya bu xəbərə inanıb ora ziyarətə gəlib.

Qurban Məmmədov deyir ki,  imam zühuruna inanmaq millətin geriliyini göstərir və bütün bəlalarımız təhsilin azlığından, cahillikdən, dindən, Qurandan uzaq olmağımızdır…

Qurban Məmmədov, əlbəttə, əlli dərənin suyunu qarışdırır. Mən şəxsən bilmirəm ki, imam zühur elər ya eləməz. Eləsə, hamam qapısında da elər. Eləsə, dindirib-danışdırarıq, sənədlərini yoxlarıq, görəri imamdır ya aferist…

Bəlkə elə imam çıxacaq? Bu kainatı yaradan üçün bir imam zühuru nədir ki?

Odur ey, Azərbaycan millisi Kipri udub.  Dünənəcən kim inanardı? Bu, möcüzə deyilmi?

Ancaq bəzi şeylər var ki, onlara inanmaq olmur. Çünki yoxlaya bilirsən. Vaxtını, yerini, sayını yoxlayırsan, düz gəlmir.

Məsələn, Qurban Məmmədov deyir ki, qırx il vəkil işləyib və ətək-ətək pul qazanıb.

Bu, yalandır. Qurban Məmmədovun Vikipediyadakı bioqrafiyasına baxırsan, görürsən ki, cəmi beş-altı il ağıllı-başlı vəkil işləyə bilərdi.  Bakıda cəmi üç il kollegiya üzvü olub. Universiteti bitirəndən sonra Sabirabadda hüquq məsəhətxanasında işləyib.

İndi Sabirabadı tanıyanlar desinlər: 1987-ci ildə Sabirabadda nə vəkillik?

Mən Əlibayramlıda oxumuşam, Sabirabadın qonşuluğunda. Mənimlə sabirabadlılar oxuyublar. Mən bilirəm ki, Sabirabadda sovet vaxtı hüquq-zad olmayıb. Hüquq olmayan yerdə nə vəkillik?

Deyək ki, bir qarpızəkən bir soğanəkəni bıçaqlayır. Bu işə nə vəkil? Bıçaqlayan adam vasitəçi, dəllal tutur ki, prokurorla, məhkəməylə danışsın. Ölüm işidisə, müddəti azaldırrlar, xəsarətdirsə, tamam azad eləyirlər. Zərərçəkən də adam tutur. Çünki zərərçəkəni də prokurior, müstənqiq şantaj edir, deyir “özünü də basarıq gedərsən, davanı elə sən salmısan”.

Bıçaqlanan da xeyli pul xərcləyir.

Burda vasitəçilik edən adam rəsmən vəkil olsa da, özünü vəkil saya bilərmi?

Qurban Məmmədov deyir ki, “mən götürdüyüm işlərin 90 faizini udmuşam”.

A kişi, özünü ələ al! Azərbaycanda haçan məhkəmə prossi olub ki, vəkil onu udsun? Əgər vəkil işlərin 90 faizini udurdusa, Azərbaycan ən demokratik dövlət imiş. Bəs onda niyə suyu bulandırırdın, aranı qarışdırırdın?

Yox, Qurban Məmmədov yalan deyir. Hərçənd məzəli danışır. Düzdür, uzunçuluq eləyir, çox baxmaq olmur. Belə adamlara mənim mərhum müəllimim  “Əngalı” deyərdi…

Azərbaycanın ən böyük problemlərindən biri müstəqil məhkəmə sisteminin olmamamğıdır. Sovet vaxtı yox idi. İndi də yoxdur. Kim deyirsə ki, belə proses aparıb, belə udub – yalan deyir.

Qurban Məmmədov, əlbəttə, yalan deyir.

Desin ki, vasitəçilik, dəllalıq eləmişəm, qazanmışam.

Demir. Çünki təbiətində naqislik var. Çox təəssüf ki, belədir. Ona görə təəssüf ki, Qurban Məmmədov heyvərə qardaşı Sərdardan fərqli olaraq istedadlı adamdır, sistemli hüquq bilikləri olması da, “hüquq duyğusu”, instinkti var, yaxşı natiqdir.

Ancaq Qurban Məmmədov eyni zamanda fırıldaqçıdır, üskükoynadandır. Manipulyatordur. Cilddəyişəndir. Çox ehtiyatla, bicliklə, burcuda-burcuda İlham Əliyevə çatdırmağa çalışır ki, “mən sənin adamınam, sən mənim adamımsan, bizim düşmənimiz Ramiz Mehdiyevdir”…

Hə, Qurban Məmmədov mənə həm də Salyan mollalarını xatırladır. Qulaq asdıqca elə bilirəm Salyanda yasda oturmuşam. Belə natiq mollaları çox görmüşəm. Molla Bayram danışa-danışa “Marlboro tüstülədirdi…

Bilmirəm, Qurban Məmmədov çəkirmi? Çəkirsə, nə çəkir…

Mirzə ƏLİL

09.09. 2020, Samara

RAMİZ MEHDİYEV ADAM ƏTİ YEYİRMİŞ?

Стандартный

Рамиз Мехтиев

Etibarlı Tələqraf.com saytı mötəbər mənbələrə, o cümlədən Dövlətə təhlükə xidmətinə əsaslanaraq bildirir ki, inzibati orqanlarda akademik Ramiz Mehdiyein adam əti yediyi barədə əsaslı məlumatlar var. Hələlik tam təsdiq olunmamış məlumatlara görə, Ramiz Mehdiyev administrasiya rəhbəri vəzifəsindən çıxarılandan sonra İlham Əliyev onun kabinetində axtarış aparmış və çoxlu sür-sümük aşkara çıxarmışdır.

Güman edilir ki, Ramiz Mehdiyev adam ətini ölkə daxilindən və xaricindən əldə edirmiş. Daxildə akademikin təxhizatçısı Əli Həsənov olub. Xaricdən adam ətini Ramiz Mehdiyevə, çox ehtimal ki, Qurban Məmmədov göndərirmiş. Ramiz Mehdiyevin Moskvadan da xeyli ət aldığı barədə məlumatlar var. Bu işi guya El Kaponi (Fizuli Məmmədov) yerinə yetirirmiş.

Dövlətə təhlükə xidməti yaxın adamları əlli-ayaqlı itmiş vətəndaşlara müraciət edib bildirir ki, onlar Siyavuş Novruzov adına prespektdəki 18 saylı binada yerləşən ofisə müraciət edə bilərlər.

Tələqraf.com-a istinadla

Mirzə ƏLİL

07.09. 2020, Samara

RAMİZ MEHDİYEV YEREVANA TUNEL QAZIRMIŞ…

Стандартный

Ramiz Mehdiyev

Dövlətə təhlükə xidməti xəbər verir ki, Ramiz Mehdiyev Novxanıdakı bağ evinin altndan tunel qazarkən yaxalanıb. Tuneli akademik iki istiqamətdə qazırmış: yeraltı yolun biri Moskvaya, biri isə Yerevana gedirmiş. Ramiz Mehdiyev boynuna alıb ki, Moskvaya tunel qazmaqda məqsədi Kremldəki kuratorlarından təlimatı şəxsən almaq olub. Yerevana yol isə ehtiyat variant imiş. Əngəl yaranan halda Ramiz Mehdiyev Yerevana qaçmaq istəytirmiş.

Tələqraf.com-a istinadla

Mirzə Əlil

05. 09. 2020, Samara

VAQİF BAYATLI: «BABAMIN KİM OLDUĞUNU NƏNƏM GİZLƏDİRDİ…»

Стандартный

Vaqif_Bayatlı

Şair Vaqif Bayatlı Tələqraf.com-un baş redaktoru Çaynur Yanalqızına açıqlama verib.

— Vaqif bəy, son günlər Ramiz Mehdiyev gündəmdədir. Siz də onun nəvəsinin toyunda olubsunuz?

— Mən dünyanın ən böyük şairiyəm, mən elə adamların məclisinə getmərəm.

— Çağırmşdı?

— Məni hamı çağırır, getmirəm.

— Prezident də çağırsa, getməyəcəksiniz?

— Bizim prezidentimiz dünyanın ən böyük prezidentidir. Əlbəttə, gedəcəyəm.

— Vaqif bəy, Ramiz Mehdiyev sizə ev də verməyib?

— Mənə evi Mirzə İbrahimov verib. Andropov rəhmətliyin sağlığında.

— Nə əcəb? Yəqin sizin yaradıcılığınızı sevirmiş.

— Hardan sevərdi ay xanım, ay canım? Mirzə İbrahimov bilirdi ki, mən dünynann ən böyük şairiyəm. Paxıllığımı çəkirdi. Elə paxıllığımı çəkə-çəkə öldü.

— Bəs evi niyə verdi?

— Oturub-durub söyürdüm. Deyirdim onun ağzını… onun … Xanım, özün bilirsən mən necə söyüşcüləm. Söyürdüm özünü, ailəsini, gedib xəbər verirdilər.

— Kim xəbər verirdi?

— Baba Vəziroğlu. Anar da xəbər verirdi. Mirzə İbrahimov bezdi, mənə ev verdi.

— Çox ağıllı hərəkət eləmisiniz.

— Xanım, mən axı dedim ki, dünyanın ən böyük şairiyəm.

— Vaqif bəy, Səməd Vurğun deyirdi ki, onun babası iyirmialtılar olub. Bəs sizin babanız kim olub?

— Babamın kim olduğunu bilmirəm. Nənəm gizlədirdi. Soruşanda gülüb deyirdi ki, babanız Lenindir.

— Siz Leninə çox oxşayırsınız.

— Xanım, mənim haram Leninə oxşayır? Saçıma baxın! Hələ başqa yerlərimi görməmisiniz…  Mən meymun kimi tüklüyəm.

— Siz Leninə ağlınızla oxşayırsınız. Hər ikiniz dahisiniz.

— Bunu düz dediniz, xanım. Ancaq mənm heykəlimi heç kim heç vaxt yıxmayacaq. Mənim heykəlimi yıxanın mən nənəsin də, anasını da…

— Vaqif bəy, bura türk hərbçiləri gəliblər. Onlar burda qalmalıdırlarmı?

— Bu nı sözdür ağız? Bura onların evidir, bura türk torpağıdır.

— Bəs ləzgilər, talışlar?

— Ləzgi də, talış da türkdür.

— Bəs ləzgi, talış deyir ki, türk deyilik.

— Başlarından böyük qələt eləyirlər. Yığın onları bir yerə, mən özüm onları başa salaram ki, türkdürlər. Özü də zırpısından.

— Sağ olun, Vaqif bəy. Mən də istərdim ki, sizə açıqlama verim. Qəşəg bir açıqlama…

— Xanım, mən bir az naxoşam. Get açıqlamanı ver Baba Vəziroğluna. Ancaq çox maygülü adamdır…

— Bildim Vaqif bəy…

— Yadından çıxarma, mən dünyanın ən böyük şairiyəm..

— Bildim, Vaqif bəy. Babanızın da kim olduğunuzu yada salsaydınız…

— Yazın babam… Yazın ki, babam Həzi Aslanov olub. Qoçaq türk generalı…

— Oldu, yazarııq…

 Tələqraf. com-a istinadla

Mirzə Əlil

04. 09. 2020, Samara

YAQUB ƏYYUBOVUN AĞZINA BİR MİLYON DOLLAR QOYUBLAR

Стандартный

Eyyubov_Yaqub_Abdulla_oğlı

Aslan İsmayılov İnternetdə xəbər yayıb ki, guya baş nazirin müavini Yaqub Əyyubov dişinə bir milyon dollar xərcləyib. Bu xəbər əslində doğrudur və eyni zamanda doğru deyil. İcazənizlə mən bunu bir yəhudi lətifəsi ilə başa salım.

“- Xaim, eşitmişəm ki, lotoreyada bir milyon dollar udmusunuz. Doğrudur?

— Tam doğru deyil.

— Necə yəni tam doğru deyil?

— Birincisi, milyon yox, min dollar. İkincisi, lotoreyada yox, kartda. Üçüncsü, udmamışam, uduzmuşam…”

İndu keçək Yaqub Əyyubova. Bir milyon dolllara Yaqub Əyyubov di qayırtdırmayıb. Yetmiş beş yaşlı qocanın diş nəyinə lazımdır? Bir milyon dolları əlahəzrət prezident Əyyubovun ağzına qızıl-valyuta ehtiyatı kimi qoyub. Əyyubov əlli ildir hökumətdədir. Çox etibarlı adamdır. İndi banklara etibar yoxdur. Ona görə lham Əliyev ölkənin qızıl-valyuta ehtiyatlarını ən etibarlı yerlərdə saxlayır. Bir milyon da Əyyubovun ağzına qoyub. Ona görə də bir milyon məsələsi doğrudur, diş məsələsi yalandır. Biz hələ bilmirik ki, başqa məmurların,  etibar etdiyi başqa yaxınların ağzına prezident nə qədər qoyub…

Nə di.ş, a kişi? Əyyubov həppilim kişidir, manna sıyığıyla dolanan adamdır, dişi neynir? Nəyi, kimi dişləyəcək?

 Tələqraf.com-a istinadla
Mirzə ƏLİL

28.08. 2020, Samara

SƏRDAR CƏLALOĞLU, ÜSTÜNƏ TANKLA GƏLİRƏM!

Стандартный

Sərdar Cəlaloğlu

Ah, bu pandemiya! Ah, bu karantin! Sərhədləri bağlayıblar, qalmışıq qəfəsdə!

Sərhədlər bağlanmasaydı, mən yerimdə oturardımmı? Vallah, indi yox, bir həftə bundan qabaq tapançamı bağlardım belimə, uçardım Azərbaycana. Daha mənim səbrim tükənib, yaxşı adamlar oturub yerində, bu çaqqal-çuqqal, qarğa-quzğun düşüb Ramiz Mehdiyevin üstünə, kişini leş kimi dimdikləyirlər, cırıb-dağıdırlar.

“Dala durun, maygülülər! Əllər yuxarı!”

Tapançadan bir güllə atılan kimi bu cındırlar qaçıb dağılardılar.

Heyf, sərhəd bağlıdır!

Düzünə qalsa, mənim tapançam da yoxdur.

Açığını desəm, Bakıya getməyə pulum da yoxdur.

Azərbaycan sərhədini aşmağa pasportum da yoxdur.

Qalmışam yana-yana…

Baxıram bu Sərdar Cəlaloğluna, hansı kanaldasa yumruqlarını yelləyir aparıcı qadının gözünün qabağında. Hər yumruq mənim iki başım boydadır. Özü də adi yumruq deyil, naxçıvanlı yumruğudur. Belə yumruğun qabağına tapança ilə çıxmaq ollaz. Gərək tankla çıxasan!

İstyirəm Putinə müraciət edib bir tank istəyəm. Verər, sözümü yerə salmaz. O qədər istifadəsiz tankı var ki. Bəlkə ikisini verər. Qoşaram dallı-qabaqlı, keçərəm sərhədi, sürərəm tankları Sərdar Cəlaloğlunun qapısına, tankın lüləsini, Jvanetski demişkən, uzadaram pəncərəsinə, deyərəm: “Ramiz Mehdiyev haqqında dediklərini təkrar elə!”

Vallah, Sərdar Cəlaloğlu altını bulayar, ətrafına yumruqları boyda kömbələr qoyar…

A zalım oğlu, Ramiz Mehdiyev emissardır? Ölkəni son iyirmi ildə Ramiz Mehdiyev idarə edib? Edibsə, bəs sənin yerlilərin Kəmaləddin Heydərovu, Elçin Quliyevi kim qoyub vəzifəyə? Niyə akademiyanın yarısı naxçıvanlıdır? Milli Məclisə o qədər naxçıvanlını və yerazı kim dürtüb? Bunu da Ramiz Mehdiyev eləyib?

Gah deyirsən Mehdiyev Rusiyanın emissarıdır, gah deyirsən Amerikanın tapşırığı ilə Ramiz Mehdiyev müxalifəti basırdı dama. Rusiyanın ayrı dərdi yoxdur, elə gecə-gündüz Azərbaycanı ziyan vurmaq fikrindədir? Bəs niyə bir milyon azərbaycanlı Rusiyada Azərbaycandakından da sərbəst pul qazanır və milyardlarla dollar pul Rusiyadan Azərbaycana axır?

Əgər hər şey Ramiz Mehdiyevin əlində və ixtiyarında olubsa, sən necə “qəzet sahibi” olmusan? Pul tapmışdın?

Niyə qadınla danışanda yekə yumruqlarını yelləyirsən?

Arvadın ərə tabe olmağını Xudayar bəydən eşitmisən?

Yox, gərək, mən Putindən tank istəyəm. Minib  gələcəyəm Bakıya, tankı sürəcəyəm Sərdar Cəlaloğlunun qapısına. Lüləsini tuşlayacağam Sərdarın sərinə, yəni başına. Mərmi başına da dəyməsə. yumruğunun birinə dəyər, çünki yumruğu da başı boydadır…

Ramiz müəllim, darıxma, gəlirəm. Sən o biri nəvələrinə də toy hazırlığı gör. Tankı saxlaram mağarın  yanında, bir polis yaxın gələ bilməz…

Poka, poka…

Mirzə ƏLİL

28.08. 2020, Samara

RAMİZ MEHDİYEVİN LENİNLƏ SÖHBƏTİ

Стандартный

1

Akademik Ramiz Mehdiyevi haqsız təqiblər o qədər çaş-baş salıb ki, ictimaiyyət üçün açıqlamasında Məhəmməd peyğəmbərin hədisini sitat gətirib. Sitatı bitirən kimi Vladimir İliç gözünün qabağında peyda olub və yekə daz başını yırğalaya-yırğalaya deyib:

— Yoldaş Mehdiyev! Ah, yoldaş Mehdiyev! Sən mənim əsərlərimdən dissertasiya yazıb adam olmusan, indi müsəlman peyğəmbərindən sitat gətirirsən. Ayıb olsun!

Akademik o qədər həyəcanlanıb ki, üstüörtülü desək, əyni-başı islanıb.

— Yoldaş Lenin! Əziz Vladimir İliç! Sən bilmirsən ki, biz necə ölkədə yaşayırıq. Bir toydan ötrü az qalıblar məni çarmıxa çəksinlər.

— Yoldaş Mehdiyev! Bolşevik mətin olmalıdır! Dini mövhumata uymaq bizə yaraşmaz. Sən gərək Marksdan, Engelsdən, məndən sitat gətirəydin. Məsləhət görürəm ki, mənim “Marksizm və empriokritisizm” əsərimdən bir neçə səhifə ilə inqilabçı və mütərəqqi Azərbaycan xalqına müraciət edəsən.

— Vladimir İliç! Bizdə karantindir. Marksizm də qadağandır, empriokritisizim də. Özü də məhərrəmlikdir. Qorxulu vaxtdır. Hamı baş yarır…

— Yoldaş Mehdiyev! Yaddan çıxarmayın! “Materilaizm və empiriokritisizm”. Əlavə ədəbiyyat kimi “Biz Rabkrini necə yenidən təşkil etməliyik” məqaləmi məsləhət görürəm…

— Hökmən, Vladimir İliç. Axırıma çıxmasalar, şaqqalamasalar, çarmıxa çəkməsələr, payaya sancmasalar…

Mirzə Əlil

24.08. 2020, Samara

TƏKİ SALYANLI OLMASIN…

Стандартный

1

Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” (YT Park) MMC-nin direktoru vəzifəsinə təyin edilib. Əvvəlki direktor Əli Abbasov Pamiz Mehdiyevə müşavir təyin olunub.

Çox gözəl! Belə kadr siyasətinin heç bir ölkədə analoqu yoxdur. İşin gedişi pozulmasın deyə, vərəsəlilik, ardıcıllıq prinsipinə əməl olunur. Abbasovun yerinə Abbasov! Əgər Abbasovun yerinə, məsələn, Əhmədov qoyulsaydı, işçilər çaş-baş olardılar, işin gedişi pozulardı.

Çox gözəl!

Ancaq bir fikir məni baramaqurdu tut yarpağını yeyən kimi yeyir. Bu Əli Abbasov naxçıvanlıydı. Vasiv Abbasovun haralı olduğunu yazmırlar, demirlər. Naxçıvanlı olsa,əlbəttə, yaxşı olar. Ancaq qorxuram ki, birdən bu kişi olar salyanlı. Salyanlı da başdan ayağa şərdir. Cibindən, ayaqqabısının boğazından bıçaq əskik olmur. İndi birdən bu asif Abbasov ola salyanlı və birdən beyninin qurdu oyana və bıçağı çıxarıb dirəyə Ramiz Mehdiyevin qarnına ki, ala, maygülü, sənin doxsan yaşın var, niyə gedib oturmursan evində, sən haranın alimisən ki, akademiyada prezident olasan…

Onu deyim ki, salyanlı bıçağı soxanda burur da…

Allah göstərməsin!

Ancaq naxçıvanlı hər şeyi ağılla, intellektlə həll edir. Çnki naxçıvanlıda ağıl intellek çoxdur. Siyavuş Novruzova baxın. Başı gərgədanın başından böyükdür. Bütün Salyanı təftiş eləsən, o boyda baş tapılmaz. İndi gör o başda nə qədər intellekt var! Deyilənlərə görə. o ağırlıqda başı gəzdirdiyinə görə Siyavuş Novruzov dövlətdən əlavə pul alır…

Hə, indi mən qalmışam girinc. Bu zalım oğlu Vasif Abbasovun haralı olduğunu bilmirəm kimdən öyrənim.

Kaş naxçıvsanlı olmasa da,yeraz olaydı… Təki salyanlı olmasın…

Mirzə ƏİİL

14. 08. 2020, Samara