Daily Archives: 26.09.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏDƏT QƏNBƏROV

Стандартный

Mədət Əzim oğlu Qənbərov (26 sentyabr 1995Ağdam rayonuAzərbaycan — 17 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mədət Qənbərov 26 sentyabr 1995-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Əslən Ağdam rayonunun Mollalar kəndindəndir. Kənd işğal olunduqdan sonra Mədətin ailəsi məcburi köçkün həyatı sürmüşlər. Mədət Qənbərov 2001-2012-ci illərdə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbdə və Ağdam rayon İmamqulubəyli qəsəbə tam orta məktəbdə təhsil almışdır. 2017-ci illərdə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra 2018-2019-cu illərdə Ağdam rayon 69 nömrəli tam orta məktəbdə  çalışmışdır. Subay idi.

Mədət Qənbərov 2017-ci ildə hərbi xidmətə çağırılmışdır.  2018-ci ildə hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam etmişdir.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından  Mədət Qənbərov səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində  atıcı olaraq iştirak etmişdir. 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Реклама