Daily Archives: 09.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN HƏSƏNOV

Стандартный

Orxan Bəkir oğlu Həsənov (9 may 1991Gəncə – 16 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Orxan Həsənov 1991-ci il mayın 9-da Gəncə şəhərində anadan olub.

Orxan Həsənov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Orxan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Həsənov oktyabrın 16-da Füzuli döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMAZ HACIYEV

Стандартный

Elmaz Elmar oğlu Hacıyev (9 may 1994ŞamaxıAzərbaycan — 4 noyabr 2020LaçınAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elmaz Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub. Ailəli və iki övlad atası idi.

Azərbaycan Ordusunun əsgəri olan Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

Elmaz Hacıyev noyabrın 4-də Laçın döyüşləri zamanı həlak olub. Xəzər rayonunun Binə qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLİZAMİN RAMAZANLI

Стандартный

Əlizamin Umud oğlu Ramazanlı (9 may 2000Bərdə rayonuAzərbaycan — 16 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Əlizamin Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Subay idi.

Əlizamin Ramazanlı 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə «gizir» hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn edilib.