Daily Archives: 23.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN RZAYEV

Стандартный

Nurlan Yusif oğlu Rzayev (23 may 1991Füzuli rayonuAzərbaycan SSR — 18 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Rzayev 1991-ci il mayın 23-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Rzayev oktyabrın 18-də Füzuli döyüşləri zamanı həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İMRAN QURBANOV

Стандартный

İmran İlqar oğlu Qurbanov (23 may 1989RamanaSabunçu rayonuBakıAzərbaycan — 29 sentyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

İmran Qurbanov 23 may 1989-cu ildə Bakı şəhərindəSabunçu rayonunun Ramana qəsəbəsində dünyaya göz açmışdır. 1996-cı ildə Sabunçu rayon Fikrət Tağıyev adına riyaziyyat təmayüllü 72 saylı liseyə daxil olmuşdur. 2003-cü ildə isə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 20062010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsilini davam etdirmişdir. 2011-ci ildə Təlim Tədris Mərkəzini bitirən İmran leytenant rütbəsi alaraq Füzuli rayonunda taqım komandiri vəzifəsi ilə hərbi xidmətinə başlamışdır. 9 il orada xidmət etdikdən sonra Beyləqanda tabor komandirinin müavini kimi xidmətini davam etdirmişdir. 

Azərbaycan Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.