Daily Archives: 05.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TAĞI ABDULLAZADƏ

Стандартный

Tağı İlham oğlu Abdullazadə (5 may 1992SədərəkAzərbaycan — 2 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Tağı Abdullazadə 1992-ci il mayın 5-də Sədərək şəhərində anadan olub. 1999-2010-cu illərdə Sədərək şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.

Tağı Abdullazadə 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Tağı Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tağı Abdullazadə noyabrın 2-də Hadrut döyüşləri zamanı həlak olub. Sədərək şəhərində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏD BABAZADƏ

Стандартный

Məhəmməd Cavanşir oğlu Babazadə (5 may 1995Astara rayonuAzərbaycan — 28 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Məhəmməd Babazadə 1995-ci il mayın 5-də Astara rayonunun Marzəsə kəndində anadan olub.

Məhəmməd Babazadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhəmməd Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məhəmməd Babazadə sentyabrın 28-də Füzuli döyüşləri zamanı həlak olub. Astara rayonunun Marzəsə kəndində dəfn edilib.