Daily Archives: 12.05.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR UMAROV

Стандартный

Anar Məhəmməd oğlu Umarov (12 may 1991YevlaxAzərbaycan SSR — 30 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Anar Umarov 1991-ci il mayın 12-də Yevlax şəhərində anadan olub. 1998-2009-cu illərdə Ş. Qurbanov adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb.

Anar Umarov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Anar Umarov oktyabrın 30-da Murovdağ döyüşləri zamanı həlak olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD GÖZƏLOV

Стандартный

Murad Zabil oğlu Gözəlov (12 may 1995HəsənabadNeftçala rayonuAzərbaycan — 5 noyabr 2020QubadlıAzərbaycan) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri.

Murad Gözəlov 12 may 1995-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2001-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbə daxil olmuşdur. 2010-cu ildə məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə Neft və Qaz emalı fakültəsinə qəbul olur. 2014-cü ildə kollec təhsilini bitirmişdir.

Murad Gözəlov 2016-cı ildə hərbi xidməti uğurla başa çatdırdıqdan sonra müxtəlif vəzifələrdə çalışır. 2018-ci ilin mart ayından «Neftçala Operating Company LTD» şirkətində operator olaraq işə başlayır.  2020-ci ildə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz Mühəndisliyi fakültəsinə qəbul olur.

Murad Gözəlov 2014-cü ildə  təhsilini bitirərək hərbi xidmətə yollanmışdır. Murad Tərtər şəhərinin Xüsusi Təyinatlı Kəşfiyyat taboruna müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Baş kəşfiyyatçı kimi xidmət edir. 2016-cı ildə hərbi xidmətini uğurla başa vurmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Baş kəşfiyyatçı Murad Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı, sentyabrın 20-də könüllü olaraq döyüşlərə qatılır. Kəşfiyyat qrupunda döyüşən Murad mərdliyi, rəşadəti ilə seçilmiş, döyüşün fəal iştirakçılarından olmuşdur. Murad Gözəlov oktyabr ayının 30-da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Murad Gözəlov noyabr ayının 5-də Neftçala rayonunda dəfn olunmuşdur.