Münasib Mübariz oğlu Yusifov (14 may 2000; Yuxarı Öysüzlü, Tovuz rayonu — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Münasib Yusifov 2000-ci il mayın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub.[1] 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Münasib Yusifov 2018-ci ildə müddətli həqiqi xidmətə çağırılıb.
2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində xidmət edib.
2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmətə hərbi qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Münasib Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib.
Münasib Yusifovun son döyüşü Laçın dəhlizində olub. Noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə həlak olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.