Daily Archives: 22.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR HÜSEYNAĞA BALİYEV

Стандартный

Hüseynağa Salman oğlu Baliev (22 dekabr 1987SalyanAzərbaycan SSR — 8 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Hüseynağa Baliev 1987-ci il dekabrın 22-də Salyan şəhərində anadan olub.

Mayor Hüseynağa Baliev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hüseynağa Baliev oktyabrın 8-də Hadrut döyüşləri zamanı həlak olub. Salyan şəhərində dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TƏRLAN QULİYEV

Стандартный

Tərlan Bəxtiyar oğlu Quliyev (22 dekabr 1999Cəlilabad rayonuAzərbaycan — 17 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tərlan Quliyev 1999-cu il dekabrın 22-də Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

Tərlan Quliyev 2018-ci ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əvvəlcə, Goranboy rayonunda, sonra Ağdam rayonunun Baharlı qəsəbəsində yerləşən  hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra 6 aylıq xüsusi təyinatlı kursunu keçmiş və Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

 Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı MurovdağınXocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.. Oktyabrın 17-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Cəlilabad rayonunun Tahirli kəndində dəfn edilmişdir.