İntiqam Əlihüseyn oğlu Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Səfərov İntiqam Əlihüseyn oğlu 4 noyabr 1998-ci il Rusiya Federasiyasının Saransk şəhərində anadan olub. Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 № li tam orta məktəbdə təhsil alıb, 2015- ci ildə ümumi orta təhsili başa vurub, həmin il 13 № Bakı Peşə Məktəbinə qəbul olub və kompüter operatoru ixtisasına yiyələnib.
İntiqam Səfərov 2020-ci ildə hərbi xidmətə yola düşən İntiqamın 8 fevral tarixində Tərtər rayonunda andiçməsi olub. O, 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib, Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi uğrunda döyüşüb. 6 oktyabr 2020-ci ildə həlak olub. Maştağa kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.