Daily Archives: 15.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NEMƏT ORUCOV

Стандартный

Nemət Əkbər oğlu Orucov (15 noyabr 1994QaraçinarGoranboy rayonuAzərbaycan — 27 sentyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Nemət Orucov 1994-cü il noyabrın 15-də Goranboy rayonunun Qaraçinar kəndində anadan olmuşdur.  Əslən Kəlbəcər rayonundan idi. 2001-2011-ci illərdə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil almışdır. 2012-2016-cı illərdə Azərbaycan Texnologiya Universiteti-nin (ATU) ekologiya mühəndisliyi fakültəsində ali təhsil almışdır.

Nemət Orucov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini kəşfiyyatçı olaraq qurtarmışdır. 2018-ci ildən hərbi xidmətini «leytenant» rütbəsi ilə davam etdirmişdir. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən hərbi hissədə post komandiri vəzifəsində xidmət etmişdir.

Leytenant Nemət Orucov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və  üçün başlanan Vətən müharibəsində motoatıcı olaraq iştirak etmiş, elə birinci gün Xocavənd rayonunda yerləşən Nərgiztəpə ərazisində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Goranboy rayonunda dəfn edilib.

Реклама