Daily Archives: 05.11.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD NƏCƏFOV

Стандартный

Fərid Fərman oğlu Nəcəfov (5 noyabr 2000; ÜlgücAğsuAzərbaycan — 10 oktyabr 2020; GülüstanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fərid Nəcəfov 2001-ci il noyabrın 5-də Ağsu rayonunda anadan olub.

2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində iştirak edib. 10 oktyabr 2020-ci ildə Goranboy rayonu Gülüstan kəndi istiqamətindəki döyüşlərdə həlak olub. Ağsuda dəfn edilmişdir.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURAL MƏMMƏDOV

Стандартный

Tural Tariyel oğlu Məmmədov (5 noyabr 1999DaşkəsənAzərbaycan — 9 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tural Məmmədov 1999-cu il noyabrın 5-də Daşkəsən şəhərində anadan olub. .2000-ci illərdə ailəsi ilə birlikdə Bakıya köçüb. Əslən Göyçə mahalının Cil kəndindəndir. Subay idi.

Tural Məmmədov 2006-2015-ci illərdə orta təhsilini Bakı şəhəri M.Rəsulzadə qəsəbəsindəki 99 nömrəli məktəbdə və Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbdə aldıqdan sonra 2015-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmaqla təhsilini davam etdirib. Səhhəti ilə əlaqədar hərbi məktəbdəki təhsilini yarımçıq qoyub.

2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Xidmətini ilk olaraq Ağcabədidə, daha sonra Xocavənddə, Harami düzündə yerinə yetirib. Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmətdə olarkən vəzifəsi qumbaraatan olub. 

Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı həlak olub.