Nurlan Abdullayev (tam adı: Nurlan İnqilab oğlu Abdullayev; 26 yanvar 1992; Beyləqan, Azərbaycan — 30 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, 2016-cı il Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsinin şəhidi.
Abdullayev Nurlan İnqilab oğlu 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. 1999-cu ilde Beyləqan rayonu N.Allahverdiyev adına 1 nömrəli məktəbində 1ci sinifə getmişdir. 2010-cu il də həmin məktəbi bitirib.
Ailəli idi, 1 qız övladı var.
Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdur. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə iştirak edib.. Nurlan Abdullayev sentyabrın 30-da Füzuli rayonu Kənd Horadiz istiqamətində gedən döyüşlər zamanı həlak olub. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.\
vikipediya
Для отправки комментария необходимо войти на сайт.