Daily Archives: 31.01.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GORANBOYLU YUSİF YUSİFOV

Стандартный

Yusif_Yusifov_(şəhid)

Yusif Oqtay oğlu Yusifov (31 yanvar 2002FəxralıGoranboy rayonu – 29 oktyabr 2020Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Yusif Yusifov 2002-ci il yanvarın 31-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2019-cu ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbi bitirmişdir. Subay idi.

2020-ci ilin may ayının 7-də həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətini Füzuli rayonunda yerinə yetirməyə başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Onun son döyüşü Zəngilan rayonunun azadlığı uğrunda olub. Yusif Yusifov oktyabrın 29-da Zəngilan uğrunda döyüşlər zamanı həlak olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn edilib. O, Goranboy rayonundan şəhid olan ən gənc əsgərdir.

vikipediya

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GÖYÇAYLI RÜFƏT MAYILOV

Стандартный

Rüfət Mayılov

Rüfət Mayılov (tam adı: Rüfət Bəhram oğlu Mayılov; 31 yanvar 2001GöyçayAzərbaycan — 30 sentyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Rüfət Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub. Rüfət Mayılov sentyabrın 30-da həlak olub. Göyçay rayonunda dəfn edilib

vikipediya.