Daily Archives: 29.01.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHİN ABDULLAYEV

Стандартный

Şahin_Allahyarov

Şahin Hüseynbala oğlu Allahyarov (29 yanvar 1993ŞamaxıAzərbaycan — 1 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999-2010-cu illərdə Ə. Rüstəmov adına Zizi kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Oxsana adında bir qızı və 28.12.2020-ci il tarixində dünyaya gələn Şahin adından oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun baş giziri olan Şahin Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzulininCəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şahin Allahyarov noyabrın 1-də Şuşa döyüşləri zamanı həlak olub. Quba rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Allahyarova ölümündən sonra «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi.

vikipediya

Реклама