Hacırza Fikrət oğlu Rzayev — 2-ci Qarabağ müharibəsinin şəhidi. Ölümündən sonra «Vətən Uğrunda» medalı və «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunub.
Rzayev Hacırza Fikrət oğlu 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999—2009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb.
2010—2012 -ci illərdə Gədəbəydə «N» saylı hərbi hissədə qulluq edib. İkinci Qarabağ müharibəsi başlayandan könüllü olaraq müharibədə iştirak edib. Füzulidə, Cəbrayılda, Hadrutda döyüşlərdə vuruşub . 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına həlak olub.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.