VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QƏZƏNFƏR MƏMMƏDOV

Стандартный

Qəzənfər Habil oğlu Məmmədov (23 avqust 1996GəncəAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı.

Qəzənfər Məmmədov 1996-cı il avqustun 23-də Gəncə şəhərinin Gülüstan qəsəbəsində anadan olub.  2003-2014-cü illərdə Gəncə şəhərində M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2019-cu illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Subay idi.

Qəzənfər Məmmədov 2019-cu ildən Daxili Qoşunların sıralarında leytenant  rütbəsində xidmət edirdi.

 Qəzənfər Məmmədov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub

Обсуждение закрыто.