Nurlan Fərrux oğlu Əbilov (2 avqust 1994; Ağakişibəyli, Masallı rayonu, Azərbaycan — 19 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Nurlan Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olmuşdur. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirmişdir. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olmuşdur. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməmiş, diplomu müharibə zamanı ailəsinə çatdırılmışdır. Ailəli idi, 5 yaşlı və 3 yaşlı iki oğlu yadigar qaldı.
Nurlan Əbilov 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanmışdır və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmişdir. 19 aprel 2021-ci ildə hospitalda vəfat etmiş, n Şərəfə kəndində torpağa tapşırılmışdır.
Для отправки комментария необходимо войти на сайт.