Daily Archives: 30.08.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR VƏLİYEV

Стандартный

Elnur Mirsiyab oğlu Vəliyev (30 avqust 1999TəzəkəndBeyləqan rayonuAzərbaycan — 28 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri.

Elnur Vəliyev 30 avqust 1999-cu ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra bir müddət mülki sahədə müxtəlif işlərdə çalışmışdır. Subay idi.

Elnur Vəliyev 2017-ci ildə  hərbi xidmətə çağırılmışdır. 2020-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir.  28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır artilleriyadan aldığı yaradan həlak olmuşdur. Bir müddət neytral zonada qalan nəşi 2 oktyabr 2020-ci ildə doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn edilmişdir.

Реклама