Daily Archives: 12.08.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ADİL ƏFƏNDİYEV

Стандартный

Adil Qədir oğlu Əfəndiyev (12 avqust 1995Qazax rayonu – 22 oktyabr 2020Xocavənd rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin tibb xidməti leytenantI.

Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub.  2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

Leytenant Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib. Oktyabrın 21-də Şuşa döyüşləri gedişində strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə həlak olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİND HƏLAK OLANLAR: ANAR QƏHRƏMAN OĞLU MƏMMƏDOV

Стандартный

Anar Qəhrəman oğlu Məmmədov (12 avqust 1995Gəncə – 7 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Anar Məmmədov 1995-ci il avqustun 12-də Gəncə şəhərində anadan olub. 2013-2017-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb, 2017-2019-cu illərdə isə həmin universitetdə magistr dərəcəsi alıb. Subay idi.

Anar Məmmədov 2019-2020-ci illərdə  müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib. Nnoyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.