Daily Archives: 17.08.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHYƏDDİN MƏMMƏDOV

Стандартный

Məhyəddin Yaşar oğlu Məmmədov (17 avqust 1998Ağdaş rayonuAzərbaycan — 27 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Məhyəddin Məmmədov 1998-ci il avqustun 17-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndində anadan olub.  Subay idi.

Kiçik çavuş Məhyəddin Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsinin  birinci günü Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.