Aqil Niyaz oğlu Məlikov (6 aprel 1986, Alpan, Quba rayonu – 27 sentyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.
Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan кəndində anadan olub.[1] 1993-2004-cü illərdə Alpan кənd tam orta məкtəbində təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Süleyman adında bir oğlu, Xədicə adında isə bir qızı yadigar qaldı.
Aqil Məlikov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.
Azərbaycan Ordusunun kapitanı olan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Aqil Məlikov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Quba rayonunda dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.