Elnur Ramiz oğlu Xəlilov (21 aprel 1990; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Elnur Xəlilov 1990-cı il aprelin 21-də Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Elnur Xəlilov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Xəlilov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub.
Для отправки комментария необходимо войти на сайт.