Daily Archives: 07.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TALEH ZAMANOV

Стандартный

Taleh Zamanov

Taleh Valeh oğlu Zamanov (7 aprel 2002Salyan rayonuAzərbaycan — 30 sentyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Taleh Zamanov 2002-ci il aprelin 7-də Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Taleh Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Taleh Zamanov sentyabrın 30-da həlak olub. Uzun müddət nəşi tapılmayıb. Noyabrın 27-də Salyan rayonunda dəfn edilib.

Реклама

VƏTƏN MHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İMRAN ƏLİYEV

Стандартный

İmran Əliyev

 

İmran Əli oğlu Əliyev (7 aprel 1993BakıAzərbaycan — 27 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Azərbaycan Ordusunun leytenantı olan İmran Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İmran Əliyev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı həlak olub.