Daily Archives: 29.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAMİQ MAİLOV

Стандартный

Namiq Abış oğlu Mailov (29 aprel 1983; Biləsuvar rayonuAzərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, tank bölüyünün komandiri.

Namiq Mailov 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. Ailəli idi, iki oğlan övladı var.

2011-ci ildə könüllü olaraq Füzuli rayonuna tank taboruna göndərilib. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi. 27 sentyabrda başlayan döyüşlər zamanı bölük komandiri idi. Sentyabrın 27-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yaran Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir. Füzuli istiqamətində bir neçə kənd irələdikdən sonra gedən şiddətli döyüşlərdə canına bərabər tutduğu tankı ilə birlikdə qəhramancasına həlak olur. Namiq Mailov oktyabrın 4-də doğulduğu Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılır.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OANLAR: AĞALİ AĞAYEV

Стандартный

Ağali Tağı oğlu Ağayev (29 aprel 1995Siyəzən rayonuAzərbaycan — 26 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Ağali Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001-2012-ci illərdə Siyəzən şəhərində N. Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.

Ağali Ağayev 2013-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə «gizir» hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağali Ağayev oktyabrın 26-da Xocavənd döyüşləri zamanı həlak olub. Siyəzən rayonunun Balaca Həmyə  kəndində dəfn edilib.