Görkəmli yazıçılar və ictimai xadimlər, Kamal Abdulla adına Dövlət mükafatı laureatları Çingiz Abdullayev və Aqil Abbas «Şəhid anası» medalı ilə təltif ediliblər. Onların şəhid övladları düşmən arxasında fövqəlməxfi əməliyyat keçirərkəm şəhid olduqlarına görə hələlik adları gizli saxlanılır. Çingiz Abdullayev müdalı alarkən deyib: «Во имя дорогой отчизны я готов рожать сколько угодно!» Aqil Abbas deyib ki, bətnini soğan tarlasına çevirəcək ki, ordu əsgərdən korluq çəkməsin.
Daily Archives: 13.04.2021
RAMAZAN AYININ TƏQVİMİ — 2021
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLİ ZEYNAL OĞLU MƏMMƏDOV
Əli Zeynal oğlu Məmmədov (13 aprel 2000; Yevlax, Azərbaycan — 9 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.
Əli Məmmədov 2000-ci il aprelin 13-də Yevlax şəhərində Zeynal və Almaz Məmmədovların ailəsində anadan olub. Subay idi.
Əli Məmmədov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə «gizir» hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Məmmədov oktyabrın 9-da Hadrut döyüşləri zamanı həlak olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİHAD ABDULLAYEV
Nihad Adil oğlu Abdullayev (13 aprel 2002; Ağstafa rayonu, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb. Subay idi.
Для отправки комментария необходимо войти на сайт.