Daily Archives: 08.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİCAT QULİYEV

Стандартный

Nicat Quliyev

Nicat Nüşrəvan oğlu Quliyev (8 aprel 1985YevlaxAzərbaycan SSR — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Nicat Quliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD MƏMMƏDOV

Стандартный

Rashad_Mammadov

Rəşad Asif oğlu Məmmədov (d. 8 aprel 1987BakıAzərbaycan — ö. 6 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Rəşad Asif oğlu Məmmədov 1987-ci il aprelin 8-də Bakı şəhərində anadan olub.  Subay idi

2006-ci ildə «N» saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamış, 2007-ci ildə tərxis olmuşdur. Daha sonra 2011-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizir hazırlığı kursu keçmiş, Naxçıvan Muxtar Respublikasında Döyüş Maşını komandiri vəzifəsində həqiqi hərbi xidmətə başlamışdır.  27 sentyabrdan başlayaraq Qubadlı , Füzuli , Şuşa uğrunda döyüşlərdə iştirak etmiş, Qubadlı uğrunda döyüşlərdə yaralanmışdır. 6 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında komandiri olduğu Döyüş maşınının şəxsi heyəti ilə birlikdə həlak olmuş, 3 dekabr 2020-ci ildə ailəsinə təhvil verilmişdir. Əhmədli qəbristanlığında dəfn edilmişdir.