Daily Archives: 17.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞƏHRİYAR ƏSGƏROV

Стандартный

ŞƏHRİYAR ƏSGƏROV

Şəhriyar İsa oğlu Əsgərov (17 aprel 1991GöytəpəAzərbaycan SSR — 4 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Şəhriyar Əsgərov 1991-ci il aprelin 17-də Göytəpə şəhərində anadan olub.

Azərbaycan Ordusunun çavuşu olan Şəhriyar Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhriyar Əsgərov oktyabrın 4-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SALYANLI KAPİTAN RƏŞAD ƏLİYEV

Стандартный

Rəşad Əmiralı oğlu Əliyev (17 aprel 1991Salyan rayonuAzərbaycan — 5 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Rəşad Əliyev 1991-ci il aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Ailəli idi. Zəhra adında bir qızı və Tunar adında bir oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Rəşad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşad Əliyev noyabrın 5-də Şuşa döyüşləri zamanı həlak olub. Salyan rayonunda dəfn edilib.