Daily Archives: 18.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİHAT RZAXANOV

Стандартный

Nihat_Rzaxanov

Nihat Rzaxanov (18 aprel 2001BiləcəriAzərbaycan — 6 noyabr 2020Xocavənd Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nihat Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Biləcəri qəsəbəsində anadan olub. 2007-ci ildə 301 N-li məktəbdə daxil olaraq orta təhsil alır. Ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzulidə, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə həlak olub. 

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QURBAN HACIYEV

Стандартный

Qurban_Hacıyev

Qurban Əsəbəli oğlu Hacıyev (19 aprel 1997MahamalarBalakən rayonu — 30 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Qurban Hacıyev 1997-ci il aprelin 19-da Balakən rayonunun Mahamalar kəndində anadan olub.

2003-2014-cü illərdə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil alıb.

Qurban Hacıyev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Qurban Hacıyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı həlak olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.