Daily Archives: 15.04.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELXAN RZAYEV

Стандартный

Elxan_Rzayev_(əsgər)

Elxan Ariz oğlu Rzayev (15 aprel 1994QəzliSabirabad rayonuAzərbaycan — 1 noyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elxan Rzayev 1994-cü il avqustun 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Elxan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elxan Rzayev noyabrın 1-də Qubadlı döyüşləri zamanı həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SADİQ BAĞIRZADƏ

Стандартный

Bağırzadə_Sadiq

Sadiq Bağırzadə (tam adı: Sadiq şahin oğlu Bağırzadə; 15 aprel 2002ƏrçivanAstara rayonu — 30 sentyabr 2020MurovdağAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sadiq Şahin oğlu Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayon Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib. Evin tək oğlu olan Sadiq 2019-cu ildə məktəbi bitirib. Kiçik yaşlarından boksla məşğul olub. Boks üzrə Azərbaycan komandasının üzvü olub. İdman karyerasında medallar qazanıb və diplomla təltif edilib, respublika birincisi olub.

2020-ci il mayın 2-də əsgərliyə yollanmışdır. «N» saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçı kimi 4 ay ərzində daim təlimdə olmuşdur. Zabit heyəti ilə tək əsgər Sadiq Bağırzadə olmuşdur. Ön cəbhədə vuruşmuşdur. Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, xeyli düşmən əsgərini məhv edib. Sentyabrın 30-da  həlak olmuşdur.