Cavid Natiq oğlu Hüseynov (3 aprel 2001, Tovuz – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Cavid Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2007-2016-cı illərdə Tovuz şəhərində N.Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, 2016-2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Cavid Hüseynov peşəkar idmanla maraqlanıb. 2018-ci ildə Taekvando üzrə gənclər arasında Respublika çempionu olub. Subay idi.
Cavid Hüseynov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Cavid Hüseynov oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə həlak olub. Tovuz şəhərində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.