Sosial şəbəkələrdə yayılan məlumata görə əsgər Rəhim Dadaşov Laçın istiqamətində həlak olub və bu gün Sumqayıtda dəfn edilib. Müdafiə Nazirliyindən bu barədə xəbər yoxdur.
Daily Archives: 24.12.2021
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İNTİQAM İSMAYILOV
İntiqam İlqar oğlu İsmayılov (24 dekabr 1996; Xanabad, Yevlax rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
İntiqam İsmayılov 24 dekabr 1996-cı ildə Yevlax rayonunun Xanabad kəndində anadan olmuşdur. Yevlax rayon Xanabad kənd tam orta məktəbində təhsil almışdır. Boks ilə məşğul olur və müxtəlif səviyyəli yarışlarda iştirak edirdi.
İntiqam İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini başa vurduqdan müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirirdi.
İntiqam İsmayılov 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı HƏLAK olmuşdur. Xanabad kəndində dəfn edilmişdir.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT ZAHİR FEYZULLAYEV
Zahir Eyvaz oğlu Feyzullayev (24 dekabr 1992, Muxas, Oğuz rayonu – 20 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin leytenantı.
Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub. 1999-2007-ci illərdə A. Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Oğuz şəhərində E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Read the rest of this entry
Для отправки комментария необходимо войти на сайт.