Daily Archives: 08.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TOSİF ABDULLAYEV

Стандартный

Tosif Vidadi oğlu Abdullayev (8 dekabr 1998Cəlilabad rayonuAzərbaycan — 14 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Tosif Abdullayev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Tosif Abdullayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PƏRVİZ HƏSƏNOV

Стандартный

Pərviz Fərmayıl oğlu Həsənov (8 dekabr 1989Samux rayonuAzərbaycan SSR — 6 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri.

Pərviz Həsənov 1989-cu il dekabrın 8-də Samux rayonunun Poylu kəndində anadan olub. 1997-2008-ci illərdə Poylu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.

Pərviz Həsənov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Pərviz Həsənov 2020-ci il sentyabrın 27-də  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da Şuşa döyüşləri zamanı həlak olub.