Daily Archives: 22.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR HÜSEYNAĞA BALİYEV

Стандартный

Hüseynağa Salman oğlu Baliev (22 dekabr 1987SalyanAzərbaycan SSR — 8 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Hüseynağa Baliev 1987-ci il dekabrın 22-də Salyan şəhərində anadan olub.

Mayor Hüseynağa Baliev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 8-də Hadrut döyüşləri zamanı həlak olub. Salyan şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BARAT QULİYEV

Стандартный

Barat Quliyev (22 dekabr 1991Beyləqan – 29 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Suraxanıda yerləşən hərbi hissədə xidmət edib. 2012-ci ildə xidməti başa vurmuşdur. 2014-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində  manqa komandiri kimi, 2015-ci il 30 dekabrdan hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında sürücü vəzifəsində xidmət etmişdir.

 Barat Quliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə iştirak edib. Sentyabr 29-da Füzuli rayonu istiqamətində həlak olub.