Daily Archives: 25.12.2021

PREZİDENT: «MƏN AZƏRBAYCAN DİLİNİ ƏVƏZ ZEYNALLININ ƏSƏRLƏRİNİ OXUYA-OXUYA ÖYRƏNMİŞƏM».

Стандартный

Jurnalistlərin “Doğum gününüzdə aldığıız hədyələrin içində hansı sizin üçün daha qiymətlidir?” sualına cavab verərkən İlham Əliyev deyib ki, böyük yazıçı Əvəz Zeynallının “Selcanın məmləkəti” adlı monumental əsərini ən qiymətli hədiyyə sayır. Prezident deyib: “Mən Azərbaycan duilini Əvəz Zeynallını əsərlərini oxuya-oxuya öyrənmişəm. İndi mən bu dahi yazıçımızın külliyatının 37-ci cildini oxuyuram. Hara gedirəmsə, özümlə götürürəm”.

Yeri gəlmişkən, prezident İlham Əliyevin turnikdə q5 dəfə dartınması Giness rekordlar kitabına daxil edilib. Ömürlük prezidentlər  arasında hələ heç kim bu qədər dartınmayıb. Müxalifət isə iddia edir ki, Əliyev dartınanda aşağıdan bir pəzəvəng idmançı onu ayaqlarından qucaqlayıb qaldırırmış.

Hikmət Hacıyev bu böhtanı təkzib edib.

Mirzə ƏLİL

25.12. 2021, Samara

Реклама

VƏTƏN MÜHARİDƏSİNƏ HƏLAK OLANLAR: MUXTAR BABAYEV

Стандартный

Muxtar Rəhim oğlu Babayev (25 dekabr 1987GöytəpəAzərbaycan SSR — 2 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Muxtar Babayev 1987-ci il dekabrın 25-də Göytəpə şəhərində anadan olub.

Muxtar Babayev 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Muxtar Babayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Muxtar Babayev noyabrın 2-də Xocavənd döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏRZUMAN OSMANOV

Стандартный

Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990Orta LəkiAğdaş rayonu — 1 oktyabr 2020Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi.

Əsgər yoldaşları arasında «Aliço» ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAMİNƏLİ SULTANOV

Стандартный

Zaminəli Nazim oğlu Sultanov (25 dekabr 1999Qara NuruSaatlı rayonuAzərbaycan — 20 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Zaminəli Sultanov 25 dekabr 1999-cu ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuşdur. Saatlı rayon Qara Nuru kənd tam orta məktəbində təhsil almışdır.

Zaminəli Sultanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətİ bitdikdən sonra təsərrüfat işləri ilə məşğul olmuşdur.

 Zaminəli Sultanov 2020-ci il sentyabrın 27-də tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaminəli Sultanov 20 oktyabr 2020-ci ildə FüzuliCəbrayıl istiqamətində həlak olmuşdur.