Власти Азербайджана должны освободить голодающего в заключении Салеха Рустамова, который близок к смерти, указал представитель Госдепартамента США. Необходимо пересмотреть дело Рустамова и других политзаключенных, заявили содокладчики Парламентской ассамблеи Совета Европы по Азербайджану. Read the rest of this entry
Daily Archives: 12.12.2021
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAHİR MANAFOV
Zahir Zakir oğlu Manafov (12 dekabr 1993; Moskva, Rusiya — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Zahir Manafov 1993-cü il dekabrın 12-də Rusiya Federasiaysının Moskva şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.
Zahir Manafov 2012-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da həlak olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN TƏRLAN OĞLU MƏMMƏDOV
Elvin Tərlan oğlu Məmmədov (12 dekabr 1992, Xırmandalı, Biləsuvar rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.
Elvin Məmmədov 1992-ci il dekabrın 12-də Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.
Elvin Məmmədov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən «N» saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı həlak olub. Biləsuvar rayonunda dəfn edilib.
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SADİQ ƏSGƏROV
Sadiq Elbəyi oğlu Əsgərov (12 dekabr 1996; Nemətabad, Yevlax rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Sadiq Əsgərov 12 dekabr 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Yevlax rayon Nemətabad kənd tam orta məktəbində təhsil almışdır.
Sadiq Əsgərov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin avqustundan eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Sadiq Əsgərov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mexanik-sürücü kimi iştirak etmişdir. Sadiq Əsgərov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetiriərkən həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.