Daily Archives: 27.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAİQ MƏMMƏDOV

Стандартный

Şaiq Şükür oğlu Məmmədov (d. 26 dekabr 1999Gəncə – ö. 9 noyabr2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şaiq Məmmədov 26 dekabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, noyabrın 9-da Şuşanın Daşaltı kəndi istiqamətində həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAHƏT İSAYEV

Стандартный

Rahət İsayev (tam adı: Rahət Rafət oğlu İsayev26 dekabr 2000ƏliabadBiləsuvar rayonu — 6 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Kəşfiyyatçı atıcı idi. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 6-da Xocavənd döyüşləri zamanı həlak olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn edilib.

vikipediya