Daily Archives: 19.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN SURXAY NOÇUYEV

Стандартный

Surxay Əbdül oğlu Noçuyev (19 dekabr 1988ZəngilanAzərbaycan — 9 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı.

Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib.

Kapian Surxay Noçuyev 2020-ci il sentyabrın 27-də  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib,  FüzulininZəngilanınQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 9-u Şuşa şəhəri ərazisində  qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ANAR CƏFƏROV

Стандартный

Anar Eyvaz oğlu Cəfərov (19 dekabr 1977Ağcabədi – 3 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş, sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Xüsusi hərbi kurs bitirərək «Həmlə» Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilmişdir. Mingəçevir şəhərində yerləşən «N» saylı hərbi hissədə xidmət etmişdir. 20 yanvar 2017-ci ildə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətini tuşlayıcı minaatan olaraq davam etdirmişdir.

 Anar Cəfərov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 3 oktyabr 2020-ci ildə Tərtər rayonuAğdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.