Eldost Asəf oğlu Hüseynov (16 dekabr 1996, Talışnuru, Şamaxı rayonu – 7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.
Eldost Hüseynov 1996-cı il dekabrın 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olub. 2002-2013-cü illərdə Talışnuru kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb. Subay idi.
Eldost Hüseynov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Eldost Hüseynov oktyabrın 7-də həlak olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.