Daily Archives: 05.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD ŞİRİYEV

Стандартный

Rəşad Rasim oğlu Şiriyev (5 dekabr 2001BürsülümLerik rayonuAzərbaycan — 7 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəşad Şiriyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə səhər saatlarında TalışSuqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏCƏB QULİYEV

Стандартный

Rəcəb Elşən oğlu Quliyev (5 dekabr 1997Şamaxı rayonuAzərbaycan — 9 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Rəcəb Quliyev 1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınZəngilanınXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Noyabrın 9-da Şuşa döyüşlərində həlak olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.