Əsgər Vaqif oğlu Hüseynov (23 dekabr 1998; Kortala, Balakən rayonu — 25 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Əsgər Hüseynov 1998-ci il dekabrın 23-də tarixində Balakən rayonunun Kortala kəndində anadan olub.
2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb.
2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb.
2018-2019-cu illərdə orduda müddətli hərbi xidmətdə olub.
Əsgər Hüseynov 2020-ci il sentyabrın 27-dəErmənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 25-də Xocavənd döyüşləri zamanı həlak olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.