Daily Archives: 03.12.2021

ƏVƏZ ZEYNALLI: «HELİKOPTER YOX, DİKENƏR»!

Стандартный

ƏVƏZ ZEYNALLI: Hörmətli tamaşaçılar, bu gün verilişimizin qonağı bəşərin vucdanı, eşqi, ürəyi  xalqımızın zehni, düşüncəsi, xoş gələcəyi  Cahandar Bayoğludur. Söhbətimizin mövzusu helikopterdir.

CAHANDAR BAYOĞLU: “Helikopter” demə, Əvəz bəy, bu söz mənim türk heysiyyətimə toxunur. Bu sözü türk dünyasının düşməni Soros yaradıb.

ƏVƏZ ZEYNALLI: Elə mənim də türklülüyümə toxunur, hətta, ayıb olmasın, türkün məsəli, bəzi ayrı yerlərimə də dəyir. Helikopter əvəzinə yaxşı bir söz var: Dikuçar! Necədir, Cahandar ağa?

CAHANDAR BAYOĞLU: Gözəl! Sənə bu sözə görə Nobel mükafatı düşür. Mən özüm İsveç kralı ilə şəxsən danışıb o mükafatı sənə verdirəcəm.

ƏVƏZ ZEYNALLI: Sağ ol, Cahandar ağa, mən mükafat üçün işləmirəm, xalqıma xidmət edirəm. Mükafatı da alan kimi paylayacam yetim-yesirə… Bir kron da özümə xərcləyən deyiləm… Deməli, bu şoğəribin adını qoyduq “Dikuçar”.

CAHANDAR AĞA: Əvəz bəy, bəlkə bizi izləyən millətə başa salasan, niyə “Dikuçar”?

ƏVƏZ ZEYNALLI: Çünki bu şoğərib yerdən dik qalxır.

CAHANDAR BAYOĞLU: Onda təklif edirəm ki, “Dikqalxar” deyək, çünki qalxanda dik qalxır, uçanda dik uçmur.

ƏVƏZ ZEYNALLI: Doğru buyurursan, Cahandar ağa. Ancaq “Dikqalxar” sözündə ahəng qanunu pozulur. Bəlkə “Dikenər” deyək? Çünki bu şoğəriblər, xüsusən Rusiyada istehsal olunanlar, çox dik enirlər…

CAHANDAR BAYOĞLU: Gözəl, çox gözəl!..Dikenər, dikenər…

Mirzə ƏLİL

03.12. 2021, Samara

Реклама

ЕСПЧ обязал Азербайджан выплатить компенсацию Центру мониторинга выборов

Стандартный

Европейский суд по правам человека признал нарушением лишение регистрации Центра мониторинга выборов и обязал власти Азербайджана выплатить организации компенсацию в размере 4500 евро.

Как сообщал «Кавказский узел», в 2016 году Европейский суд по правам человека (ЕСПЧ) приступил к коммуникации по жалобам 25 неправительственных организаций Азербайджана, которые попросили признать незаконными отказы в регистрации учрежденных ими НПО. Среди них были дела Центра мониторинга выборов (ЦМВ) и Центра мониторинга выборов и обучения демократии (ЦМВОД), учредители которых — бывшие политзаключенные Анар Мамедли и Башир Сулейманлы. Read the rest of this entry

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR SƏRDAR OĞLU QULİYEV

Стандартный

Elnur Sərdar oğlu Quliyev (3 dekabr 1989KəbirliBeyləqan rayonuAzərbaycan — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elnur Quliyev 3 dekabr 1989-cu ildə Beyləqan rayonunun Kəbirli kəndində Elnur Quliyevin və Minarə Quliyevanın ailəsində anadan olmuşdur.  Günay Quliyeva ilə ailəli idi, Elnay və Gülnar adlı övladları yadigar qaldı.

 Elnur Quliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Döyüşlərin birinci günü  Füzuli rayonu istiqamətində həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TAPDIQ AĞAYEV

Стандартный

Tapdıq Çingiz oğlu Ağayev (2 dekabr 1990Qəbələ rayonuAzərbaycan SSR — 8 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Tapdıq Ağayev 1990-cı il dekabrın 2-də Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1996-2005-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində,  2006-2010-cu illərdə isə Sənaye-Pedaqoji Kollecində təhsil alıb.

Tapdıq Ağayev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAMRAN ƏSGƏROV

Стандартный

Kamran Bayram oğlu Əsgərov (2 dekabr 1993; Düz CırdaxanTovuz rayonu — 22 oktyabr 2020; Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kamran Əsgərov 1993-cü il dekabrın 2-də Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub.[2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 Kamran Əsgərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü olaraq iştirak edib. Ooktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı həlak olub. Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn edilib.