Daily Archives: 06.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NADİR ABBASQULİYEV

Стандартный

Nadir Elçin oğlu Abbasquliyev (6 dekabr 1995GəncəAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nadir Abbasquliyev 1995-ci il dekabrın 6-da Gəncə şəhərində anadan olub.  Subay idi.

Nadir Abbasquliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.  Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: HİKMƏT ŞIXMƏMMƏDOV

Стандартный

Hikmət Azər oğlu Şıxməmmədov (6 dekabr 1995; Dağ KəsəmənAğstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Hikmət Şıxməmmədov 1995-ci il dekabrın 6-da Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub.  2002–2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Biznesin idarəedilməsi» fakültəsində təhsil alıb. Ailəli idi.

Hikmət Şıxməmmədov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Hikmət Şıxməmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn edilib.