Daily Archives: 26.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBRAHİM ƏZİZOV

Стандартный

İbrahim Şaməddin oğlu Əzizov (26 dekabr 1997SoltankəndCəlilabad rayonuAzərbaycan — 8 noyabr 2020DaşaltıŞuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İbrahim Əzizov 26 dekabr 1997-ci ildə Cəlilabad rayonunun Soltankənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Cəlilabad rayon Soltankənd kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə ailə quran İbrahim Əzizovun Nuray adlı övladı yadigar qaldı.

İbrahim Əzizov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Naxçıvanda  xidmət etmişdir. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində  fərqlənmişdir.

İbrahim Əzizov 2020-ci il sentyabrın 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir.  8 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində həlak olmuşdur. 16 noyabr tarixində doğulduğu Cəlilabad rayonunun Soltankənd kəndində dəfn olunmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AYXAN HEYDƏRLİ

Стандартный

Ayxan İlham oğlu Heydərli (26 dekabr 1996Orta ƏlinəzərliBeyləqan rayonu – 6 oktyabr 2020Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Ayxan Heydərli 2015-2016-cı illərdə Naxçıvan şəhərində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Ayxan Heydərli 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.