Daily Archives: 31.12.2021

QURBAN MƏMMƏDLİ: HÜQUQŞÜNAS YA MANİPULYATOR?

Стандартный

Qurban Məmmədov neçə aydır ki, “Tərtər işi”ndə zərər çəkənlərin hüququnun müdafiəsi üçün çalışır və etiraf etmək lazımdır ki, sarsılmaz inadıyla ölkə rəhbərliyinin ağrılı qabarını elə ayaqlayıb ki, rejim fövqəladə gönüqalınlığına baxmayaraq reaksiya verməyə məcbur olub.

Təəssüf ki, bütövlükdə bu vacib işi görən adam özü lotu və bütün lotular kimi manipulyatordur. Manipulyasiyalar çoxçeşidlidir – aktoyr fəndləri, pafoslu monoloqlar, bəzən isteriyaya keçən monoloqlar, şəxsi bioqrafiyadan olan faktların dəyişdirilmiş şəkildə təqdimi, saxta rəqəmlər, saxta tarixlər… “Mən qırx il vəkil işləmişəm… Uğurlu vəkl olmuşam… Milyonlar qazanmışam… Qanunla…”

Sabirabadda iki-üç il vəkil olub. Sabirabadda nə məhkəmə, nə vəkil, nə qanun? Sabirabadı tanıyan var? Sabirbadda indi də məhkəmə yoxdur. Sovet vaxtı orda nə məhkəmə ola bilərdi? Vəkil – vasitəçi, dəllal idi. Hakiminkini ver, müstəntiqinkini ver, prokurorunkunu ver, işin düzəlsin. Sabirabadda nə hüquq?

“Din, qeyrət, namus, şərəf…” – Qurban Məmmədov özünü Fidel Kastroya oxşadaraq bu sözlərlə elə haqyıqır ki, deyirsən indi televizorun ekranı çatlayacaq.

Din, qeyrət, namus, şərəf – bunlar hüquq kateqoriyaları deyil. Qetrəti, namusu hərə bir cür başa düşür. Analarını bacılarını, arvadlarını bıçaqlayan, baltalayan kişilərin də qeyrət barədə öz təsəvvürləri var. Sonra bu “qeyrətli” kişiləri on-on beş il türmədə yıxıb- sürüyürlər,bu qeyrətli kişi on on-beş il ərzində yüzlərlə özü kimi qeyrətli kişinin gözü qabağında şalvarını aşağı çəkib bayıra çıxmağa məcburdur…

Qurban Məmmədov tez tez “mən hüquqşünasam” deyir. Diplomu var, ortabab biliyi də. Ortabab, bundan artıq yox. Ancaq Azərbaycan hequqşünaslarının çoxunun bu səviyyədə də biliyi yoxdur. Təfəkkür baxımından, düşüncə tərzi baxımından isə Qurban Məmmədov hüquqçu yox, manipulyatordur. Onun düşüncə tərzi qanundan çox rusların “po ponyatiyam” deyilən şeyə yaxındır. O yerdə ki, qanun, hüquq norması ona sərf eləmir, Qurban Məmmədov dərhal “din, qeyrət, namus” deyib fəryad qoparır.

Mən burda Qurban Məmmədovun qadınlara münasibətinə toxunmaq istəyirəm.

Qurban Məmmədov siyasi mübarizdir. Bütün siyasi mübarizlərin ailəsi yanında olur. Arvadları, qıızları. Siz Qurban Məmmədoun yanında onun ailə üzvlərindən kimisə gömüsünüz? Onu hətta qadının dünyaya gətirməyi də şübhə doğurur. “Mən Cəlal müəllimin oğluyam”. Sanki Qurban bəyi Cəlal müəllim həm əkib, həm də bətnində gəzdirib və dünyaya gətirib.

Qadına münasibətdə Qurban Məmmədov təməlçi islamçıdır. Quran doğrudan da qadını kişidən aşağı sayır. Beləliklə Qurban Məmmədov seçməlidir: sən ya hüquqçusan ya da dinçi. Lətifədə olduğu kimi: “Müsəlmansan, çaxır niyə içirsən, xristiansan, xaça nirə …çırsan”.  Çünki islamla anqlo-sakson hüquq sistemi, insan haqları üzrə İkinci dünya müharibəsindən yaranmış sistemli baxış uyğun gəlmir. Quran ərə arabir arvadını kötəkləməyi tövsiyə edir. Bu, hüquq anlayışına və normalarına ziddir. Yəni Qurban Məmmədli düşüncə tərzü ilə hətta mötədil müsəlman da deyil, o daha çox talibana, xomeyni şiizminə yaxındır. Qurban Məmmədli üçün ictimai fəallığı olan, öz şəxsiyyət müstəqilliyinin müdafiəsinə qalxan qadın yüngül əxlaqlı qadındır.

Qurban Məmmədov Cəmil Həsəlinin dövlət tərəfindən aqressiyaya məruz qalmış qızını çəkinmədən minlərlə adamın qarşısında “fahişə” adlandırır. Elə buna görə bu “hüquqşünası” gərək Britaniya hökuməti iyirmi dörd saat ərzində ölkədən qovaydı – Bakıya da yox, Naxçıvana…

Efirindəki qadınlar Qurban Məmmədov üçün alətdir – Validə ana, Rəvanə, Gülnarə Hüseynova. Gülnarə Hüseynovaya verilən işgncədən guya dəhşətə gəlmiş bu adam bu gəlinin loyallığından şübhələnsə, onu da “fahişə” adlandırar. Buna şübhəniz olmasın. Qardaşı Sərdar kimi Qurban da bütün Azərbaycan qadınlarını iki yerə bölür: fahişələr və fahişə olmayanlar. Geyim, danışıq, hərəkət, düşüncə tərzini bəyənmədiyi hər qadına “fahişə” deyən bu insana hüquqçu demək olarmı?

Validə ana, Rəvanə, Gülnarə və başqa qadınlar Qurban üçün alətdirlər. Qurban Məmmədovun Bakıda yəqin ki çoxlu qadın qohumları qalır. Niyə onların birini Validə anaya qoşmur? Başqa qadınlara komanda verir:  “Ora gedin, bura gedin, onunla görtüşün, bununla görüşün…”  Öz arvadı, qızı hardadır? Biləsuvarlı zərərçəkmiş əsgərin anasını çox yondəmsiz, heyvərə söhbətə tutan, “sizə qonaq gəlirik”, hinduşka qızart” deyib qadını çaşdıran, pərt edən bu Qurban niyə öz evinin qapısını açmır? Öz qapısı elə bağldır ki, onun ailəsində qadınların olmağı şübhə doğurur, sanki o da atası kimi öz uşaqlarını özü dünyaya gətirib…

Çox təəssüf ki, “Tərtər işi” kimi fövqəladə vacib işdə rejimi tərpətmək, ondan reaksiyaya nail molmaq üçün gedən mübarizədə Qurban Məmmədovdan effektlisi yoxdur. Qalanları ondan savadsızdır, ondan səriştəsizdir ya da elə onun kimi həlləm-qəlləmdir. İndiki halda Qurban Məmmədovun gördüyü işin müsbət tərəflərin görməkə bərabər bu tip adamların, yəni Qurban və Sərdar Cəlaloğlu kimi adamların necə təhlükəli olduğunu da görməliyik. Bu tip adamlar hakimiyyətdə Əliyevçilikdən də təhlükəlidir. Bunlar özlərini demokrat adlandırırlar, ancaq qadın hüquqlarını, gender bərabərliyini tanımırlar. Ölkə əhalisinin yarıdan çoxunun hüququnu tanımayan insanlara necə demokrat demək olar?

Mirzə ƏLİL

P.S. Əgər Qurban Məmmədov doğrudan da «əsl müsəlman»dırsa, niyə gedib oturub Londonda, Britaniya vergiverənlərinin çörəyini yeyir? Niyə bu cənab gedib çoxsaylı İslam dövlətlərinin birindən sığınacaq almayıb? Məsələn, Naxçıvanın iki addımlığında olan İrandan…

31. 12. 2021, Samara

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TOĞRUL BAYRAM OĞLU ABBASOV

Стандартный

Toğrul Bayram oğlu Abbasov (31 dekabr 1990Ağcabədi rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Toğrul Abbasov 1990-cı il dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub.

Toğrul Abbasov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə idi.

Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Toğrul Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Ağcabədi rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: 18 YAŞLI NAMİQ QULİYEV

Стандартный

Namiq Natiq oğlu Quliyev (31 dekabr 2001Sumqayıt – 28 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin məzunu.

Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub. Vətən müharibəsində iştirak edib. 28 sentyabr 2020-ci ildə 18 yaşında həlak olub.