Daily Archives: 15.12.2021

ƏLİYEV BRÜSSELDƏ OLANDA PREZİDENT VƏZİFƏSİNİ ƏLİ İNSANOV İCRA EDİB

Стандартный

Etibarlı mənbələr bildirirlər ki, keçmiş nazir Əli İnsanovun söhbət üçün prezident administrasiyasına çağırılaması xəbəri səhih deyil. Görkəmli analitik Ərəstun Yoruculu  Dural Tv-yə müsahibəsində deyib ki, İlham Əliyev Brüsselə gedəndə Əli İnsanovu öz yerində qoyub, yəni ölkənin idarəsini ona tapşırıb. Çoxpartiyalılığın inkişafı üçün İlham Əliyev prezident vəzifəsinin icrasına partiya rəhbərlərini cəlb edir. Səfər zamanı ölkə rəhbərliyini tapşırmaq üçün Mirmahmud Mirəlioğlunun, Sərdar Cəlaloğlunun da namizədliyi müzakirə olunub. Ancaq İlham Əliyev deyib ki, Mirmahmud ağanı və Cəlaloğlunu YouTube kanallardan ayıra bilmərəm, tanmaşaçılar inciyərlər. Həm də Əli İnsanovun təcrübəsi çoxdur, ölkəni qabaqlar çox hərləyib, yaxşı türmə təcrübəsi var ki, bizim millətin idarəsi üçün çox qiymətlidir.

Beləliklə, İlham Əliyev möhürünü, ştampını Əli İnsanova verib gedib Brüsselə. Əli İnsanov prezidenti əvəz etdiyi bir gün ərzində xeyli iş görüb.

  1. Şamaxının iki kəndi arasındakı yol tikintisinə 2 milyon ayırıb.
  2. Kürdəmirdə 15, Goranboyda 12, Gəncədə 8 iş yeri açıb.
  3. Lerik meşələrində 100 ağac əkdirib.
  4. Salyan rayon mərkəzi xəstəxanasına prezindent fondundan 20 kq ağ, 30 kq qara göndərib.
  5. “Qarabağ” komandasına Burkina Fasodan futbolçu dəvət edib.
  6. 15 müğənniyə Xalq artisti, 25-nə Əməkdar artist adı verib. 10 deputatı Şərəf, 18 deputatı Şöhrət ordeni ilə təltif edib.
  7. 6 yeraza, 9 naxçıvanlıya general rütbəsi verib.
  8. İki yerazı, üç naxçıvanlını Milli akademiyaya üzv seçdirib.

Bunlar Əli İnsanovun prezidenlik etdiyi gün gördüyü işlərin çox az qismidir. Köməkçiləri onu çətinliklə dilə tutub  günorta istirahətinə razı salıblar. Əli İnsanov yeyib-içəndən sonra idman və mədəniyyət nazirinin müavini Mariana Vasileva gəlib müvəqqəti prezidentin qarşısında göbək rəqsi ifa edib. Əliİnsanov Vasilevaya Xalq artisti adı verib və onu “Şərəf” ordeni və “Şuşanın azad olumağına görə” medalı ilə təltif edib.

Saleh Rüstəmovu azad etmək barədə Lalə Şövkətin xahişini rədd edib. Deyib ki, “mən türmədə avtoritet olmuşam, arvad sözüylə oturub-durmuram”.

İş gününün sonunda Şamaxıdan Əli İnsanova 3 milyn göndəriblər. Deyiblər ki, işi elə qənaətlə gördük ki, 2 milyon yola çatdı, 3 milyon artıq da qaldı, bağışlayırıq bizim akademikə…

İlham Əliyev İnsanovun işindən razı qalıb…

Mirzə ƏLİL

15.12. 2021, Samara

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TELMAN QARAYEV

Стандартный

Telman Əli oğlu Qarayev (15 dekabr 1999ŞəmkirAzərbaycan — 25 noyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Telman Qarayev 1999-cu il dekabrın 15-də Şəmkir şəhərində anadan olub. Subay idi.

Telman Qarayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Telman Qarayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Noyabrın 8-də Xocavənd döyüşləri zamanı ağır yaralanıb. Noyabrın 25-də isə Füzuli Hərbi Hospitalında vəfat edib. Şəmkir şəhərində dəfn olunub.

30 NOYABR HELİKOPTER QƏZASINDA HƏLAK OLANLAR: MAYOR ELMİR HƏSƏNOV

Стандартный

Elmir Mircəlil oğlu Həsənov (15 dekabr 1988PrişibCəlilabad rayonu – 30 noyabr 2021Xızı rayonu)

Elmir Həsənov 1988-ci il 15 dekabrda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olmuşdur. 2006-cı ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin bitirmiş və Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonradan təhsilini aviasiya sahəsi üzrə dəvam etdirmişdir. 2015-ci ildə bu sahə üzrə xidmətə başlamışdır. Ailədə 2 qardaş olublar. Hər iki qardaş Vətən müharibəsində iştirak etmişdir.  Digər qardaşı hal-hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqdadır.

2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə həlak olmuşdur.