Daily Archives: 29.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT MURAD İBADOV

Стандартный

Murad Yusif oğlu İbadov (29 dekabr 1993Qobustan rayonuAzərbaycan — 16 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Murad İbadov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.  2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.

Murad İbadov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşub.  Oktyabrın 15-də Ağdərə istiqamətində zamanı həlak olub. Qobustan rayonunun Cəyirli kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAMİQ QULİYEV

Стандартный

Namiq Natiq oğlu Quliyev (29 dekabr 1994BakıAzərbaycan — 8 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Namiq Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub.  Ailənin yeganə övladı idi. 1996-cı ildə  Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərində yaşamağa başlayırlar. 2000-ci ildə Kişinyov şəhərində N. Qoqol adına Liseyin birinci sinfinə qəbul olan Namiq Quliyev, 2005-ci ilə qədər orada təhsil alıb. 2005-ci ildə Gülarə Quliyeva oğlunu məhz Azərbaycanlı ruhunda böyütmək istədiyindən onunla birgə Moldovadan Azərbaycana qayıtmaq qərarına gəlir.  Namiq Quliyev təhsilini 2 nömrəli Texniкi Humanitar Liseydə davam edib və 8-ci sinfə qədər burada təhsil alıb. 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Mosкva Dövlət Universitetinin «Tətbiqi Riyaziyyat» faкultəsinə daxil olan Namiq Quliyev, 2016-cı ildə «Kompyuter elmləri» ixtisası üzrə ali təhsilini başa vurub. Hərbi xidmətini başa vurduğdan sonra «Uber» və «Simbrella» firmalarında çalışıb. Subay idi. Read the rest of this entry