Daily Archives: 18.12.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN ORUCOV

Стандартный

Elvin Rövşən oğlu Orucov (18 dekabr 1991Qazax rayonuAzərbaycan— 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Elvin Orucov 1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub.

1999-2005-ci illərdə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində, 2005-2009-cu illərdə İ.Qayıbov adına 3 saylı Qazax şəhər tam orta məktəbində təhsil alıb.

Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Elvin Orucov 2010-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.  2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrində  gizir hərbi rütbəsində xidmət edirdi.  2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.

Elvin Orucov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin birinci günü Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olub.  Qazax rayonunda torpağa tapşırılıb.

Реклама

ƏVƏZ ZEYNALLI: “SAHİBƏ QAFAROVA, MƏN SİZƏ XURAL ZİRVƏSİNDƏN SƏSLƏNİRƏM…”

Стандартный

“Sahibə Qafarova, mən sənə qalxdığım bu Xural zirvəsindən səslənirəm: sən niyə Sabir Rüstəmxanlının ağzından vurursan? Bu gün ağzından vurursan, sabah ayrı yerindən vuracaqsan, eləmi? Mən buna etiraz eləyirəm! Sabir Rüstəmxanlı Azərbaycanın Dədə Qorqududur, Koroğlusu, Nəbisi, Həcəridir, Zeynəb Xanlarovasıdır.  Mən Sabir Rüstəmxanlıının “Ömür” kitabını oxuya-oxuya bu zirvəyə qalxmışam. İndi Allah eləməmiş mən Şopenhaueri, Dostoyevskini oxusaydım, nə günə qalardım? Mən kitaba dadanardım, başlardım ayrı kitablar oxumağa, Aristoteli oxuyardım, Kantı oxuyardım, bəlkə hələ Şekspiri də oxuyardım. Bu kitablar məni nə günə qoyardı? Mən gözəl millətimdən, qəşəng xalqımdan uzaq düşərdim! Allah, Allah, sən özün saxla, qulaqlara qurğuşun! Mən daha indiki Əvəz olmazdım, başqa bir Əvəzlə əvəzlənərdim, olardım ziyalı, hətta gözəl yeraz ləhcəmi itirərdim. Yaxşı ki, vaxtında Sabir Rüstəmxanlınıın “Ömür” kitabını yarısınacan oxudum, bu Xural zirvəsinə yüksəldim. Sahibə Qafarova, bu zirvəyə yüksəlməyi asan bilməyin, bu, ıadaxlıbazlığa gedəndə Məşədi İbadın hasara dırmaşığından qat-qat çətindir! Hərçənd ətrafımda ayağımın altında yatmağa hazır insanlar çoxdur, məsələn, Zaur Qəriboğlu, sağ olsun, gözəl yoldaşdır, söz verib ki, “Selcan məmləkətinin” bütün  əlli səkkiz cildini oxuyub qurtarandan sonra o da “Ömür” kitabını oxumağa başlayacaq!

Mən Sabir Rüstəmxanlını ata, arvadı Tünzalə Rüstəmxanlınl ana sayıram, elə bilirəm ki, onun südünü içmişəm. Mən prezidentin tənqidçisiyəm, ancaq 44 günlük müharibə vaxtı prezident Tünzalə xanıma “Şöhrət” ordeni verəndə mən qürur hissi duydum, həmkarım Aynur Camal qızı demişkən, hətta göz yaşlarıma hakim ola bilmədim. Bəli, açıq desək, ağladım, niyə gizlədim məm bunu xalqımdan? Nəzərinizə çatdırıram ki, Sahibə Qafarova, müharibənin yeganə qadın şəhidi Arəstə Baxışovaya prezident ölümündən sonra medal verdi, Tünzalə Rüstəmxanlıya orden! Çünki prezident bilir ki, Azərbaycanda çox general, çox zabit  Sabir Rüstəmxanlının “Ömür” kitabıyla qidalanıb, Tünzalə xanımın südünü içib!

Bir daha sizə səslənirəm bu Xural zirvəsindən, Sahibə Qafarova!

Mirzə ƏLİL

18. 12. 2021, Samara

QƏHRƏMANLAR VƏ LOTULAR