
İlham Əliyev futbol hakiminin ədalətsizliyindən hiddətlənib. Bütün ilhampərvərlər də ona qoşulub hiddətlənirlər.
Ədalət məhkəməsi, ədalət olmayan bir ölkədə futbol hakimindən ədalət istəyirlər!
Azərbaycanda məhkəmə sistemi bir institut kimi mövcud deyil, Azərbaycanda bir hakim var, bütün hökmləri o çıxarır. Bu hakim İlham Əliyevdir.
Heykələ iki kəlmə söz yazan iki gəncə İlham Əliyev on ildən artıq iş kəsmşdi. Yer üzündə elə bir futbol hakimi varmı ki, belə ədalətsiz və hampazor qərar çıxara?
Nə qədər siyası fəalın cibinə, evinə narkotk atıb şərləyiblər. Hakim İlham Əliyev onların hamısının haqqında ağır hökmlər çıxarıb.
Şərlənib tutulan Saleh Rüstəmovu İlham Əliyev türmədə çürüdür. Saleh Əliyev əsl qarabağçıdır, “Qarabağ” klubunun muzdluları kimi yox.
Nə qədər gəncin həyatı ədalətsiz hökmlərlə korlanıb, həyatları pozulub. Nəsilləri kəsilənlər var!
Bütün hökmləri çıxaran isə baş hakim İlham Əliyevdir.
Və bu adam futbol hakiminə “kor” deyir…
Qarabağ 0:3 hesabı ilə uduzub. Buna hakim neyləsin?
Yox, siz yaxşı fikriləşin. Şərlənib türmədə çürüdülən Saleh Rüstəmov və onu bu günə qoyan adamın futbol haliminin qərarından hiddətlənməyi – bunu biz yuxuda görmürük, bu bizim millətimizin həyatıdır ya da həyat faciəsidir.
Azərbaycanda bəlkə fikirləşməməmək yaxşıdır. Çox fikirləşsən. gərək başına kül sovurasan…
P.S. Məsəl var: Kor kora kor deməsə…
Mirzə ƏLİL
14.12. 2021, Samara
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.