Daily Archives: 17.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MİRBALA RƏSULOV

Стандартный

Mirbala Əmirağa oğlu Rəsulov (17 oktyabr 1989Şabran rayonuAzərbaycan SSR — 6 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub.  Ailəli idi. 2 qızı yadigar qaldı.

 Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Füzuli döyüşləri zamanı həlak olub. Şabran rayonunun Rəhimli kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBSİNDƏ HƏLAK OLANLAR: XƏYAL BALAKİŞİYEV

Стандартный

Xəyal Müseyib oğlu Balakişiyev (17 oktyabr 1994BakıAzərbaycan — 25 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xəyal Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olub.  2001-2012-ci illərdə Yasamal rayonunda H. Aslanov adına 175 nömrəli tam orta məktəbdə təhsil alıb.

Xəyal Balakişiyev 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.   2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Xəyal Balakişiyev oktyabrın 25-də həlak olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏXTİYAR MAXSUDOV

Стандартный

Bəxtiyar Mansur oğlu Maxsudov (d. 17 oktyabr 1996TofiqiAğdaş rayonu – ö. 24 oktyabr 2020SuqovuşanTərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Bəxtiyar Maxsudov 17 oktyabr 1996-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuşdur.  Kənd orta məktəbində təhsil almışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 24-də Suqovuşan döyüşlərində həlak olmuşdur.