Daily Archives: 21.10.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLARIN YENİ SİYAHSI. 21. 10. 2021

Стандартный

Нажмите для доступа к 6b064b1312428f62f842328a94b85f09.pdf

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR MƏMMƏDOV

Стандартный

Elnur Xurşud oğlu Məmmədov (21 oktyabr 1982GəncəAzərbaycan — 26 oktyabr 2020BakıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elnur Məmmədov 21 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 3 yaşında olarkən Ağdama köçmüşdür. 1990-1993-cü illərdə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1993-2000-ci illərdə Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə, 2000-2004-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. Hərbi xidməti bitirdikdən sonra 2005-2014-cü illərdə Gəncə şəhərində çörəkçi işləmişdir. Ailəli idi, Vahid və Yusif adlı 2 övladı yadigar qaldı.

Elnur Məmmədov 2004-2005-ci illərdə və 2014-cü ildən  müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Göygöl rayonunun Toğanalı kəndində yerləşən  hərbi hissənin taborlarından birinin tağımında manqa komandiri olmuşdur. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşləri zamanı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində vuruşmuşdur.  

 Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yaralanan Elnur Məmmədov xəstəxanaya yerləşdirilmiş, 26 oktyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada vəfat etmişdir. 27 oktyabr tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.